Əlaqə Arxiv
news Image
2015.07.20
15:00
| A A A
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Sabah Azərbaycanda 35 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Gündüz mülayim cənub küləyi əsəcək.


Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.


Sabah Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.


Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.


Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz