Əlaqə Arxiv
news Image
2015.07.21
14:01
| A A A
Nazir vətəndaşları qəbul etdi- Fotolar
Gənclər və idman naziri Azad Rəhimov bu gün Quba rayonunda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarından olan vətəndaşları qəbul edib.  Movqe.az-ın məlumatına görə,  Quba rayonu Heydər Əliyev Mərkəzində baş tutan qəbulda  ümumilikdə 30 nəfərin şikayət və təkliflərinə baxılıb. Müraciətlərdən 13-ü idman sahəsi  (fəxri adların verilməsi, idman dərəcələrinin verilməsi, stadion idman avadanlığı, idman zallarının tikilməsi), 5-i  gənclərlə iş sahəsi  (QHT-in yaradılması, gənclərin mənzil şəraiti, gənclər mərkəzinin tikintisi ilə əlaqədar digər məsələlər), 10 –u isə işlə təmin olunma üzrə olub.

Digər  müraciətlər isə  təhsil  və sosial yardım ilə bağlı olmuşdur. Qaldırılan məsələlərin bir qismi (idman avadanlıqlarının verilməsi) yerindəcə həllini tapıb.

Həll olunması vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb və bununla əlaqədar olaraq müvafiq tapşırıqlar verilib. 


Sizin Reklam Yeriniz