Əlaqə Arxiv
news Image
2015.07.21
15:21
| A A A
Fəxri ada layiq görülən teleaparıcı: "Bir anlıq donub qaldım"

Prezident İlham Əliyev dünən "Kütləvi informasiya vasitələri əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilənlər sırasında Azad  Azərbaycan Telekanalının (ATV) xəbər aparıcısı Lalə Azərtaş da var. Ölkə başçısının sərəncamı ilə təltif edilən sevimli aparıcı Movqe.az-a təəsüratlarını bölüşüb: "İşə gəlirdim, ATV xəbərin əməkdaşı Kərəm Ələsgərov məni təbrik etdi ki, bəs cənab Prezidentin sərəncamı ilə təltif olunmusan. Bəzən elə anlar olur ki, söz tapmırıq deməyə, donub qalırıq. Həmin an mən də yerimdəcə bir anlıq donub qaldım. Prezidentimizin mənə verdiyi bu fəxri ad məni elə şərəfləndirdi, elə qürurlandırdı ki, söz tapmıram həmin an keçirdiyim hissi ifadə etməyə. Cənab Prezidentin bu mükafatı mənim üzərimə daha böyük məsuliyyət qoydu. Onsuz da peşəmizi sevirik, sevərək öz işimizi görürük. Amma fəxri adla təltif olunmağım məni daha da ruhlandırdı. Çox sevinirəm ki, Azərbaycan kimi gözəl ölkədə yaşayıram, cənab Prezidentin diqqət göstərdiyi mediada çalışıram. Biz bu dəstəyi hər zaman cənab Prezidentdən görmüşük. Hesab edirəm ki, bu təkcə mənim yox ATV telekanalının, başda telekanalımızın rəhbəri Vüqar Qaradağlının uğurudur.Təltif olunan hər bir həmkarımı təbrik edirəm, uğurlar arzulayıram. Məni tərbrik edənlərə də minnətdaram. Ətrafında xoş gününə sevinən, bu sevincə şərik çıxan dostların olması çox gözəldir. Cənab Prezidentə çox, çox təşəkkür edirəm. Sonsuz minnətdaram cənab İlham Əliyevə".   


Sizin Reklam Yeriniz