Əlaqə Arxiv
news Image
2015.07.21
16:41
| A A A
Azərbaycanda daxili turizm od tutub yanır

Bu yaxınlarda ölkədə turizm obyektlərində qiymətlərin bahalığı məsələsi ölkə başçısı səviyyəsində irad bildirilsə də,

 hələki qiymətlər demək olar ki, yerindən tərpənməyib. Bunu bayram günlərində turizm ölkəsi sayılan qonşu Gürcüstana Azərbaycandan turist axını da təsdiqlədi. Bayram günlərində  Gürcüstana həm Azərbaycandan, həm də digər qonşu ölkələrdən turist kimi gedənlərin sayı çox olduğundan, bu ölkənin turizm obyektlərində, hotellərdə əməlli başlı sıxlıq yaşandı. 

Azərbaycanda isə daxili turizm obyektləri ölkə vətəndaşları üçün dincəlmək üçün real məkan olsa da, onların çoxu qonşu Gürcüstanı seçdi. Səbəb isə bəllidir. Təbii ki, Azərbaycanın turizm potensialı böyük olsa da, öz gəzməli-görməli yerlərimizi qoyub xaricə üz tutmağımızın səbəbi ölkəmizdə turizm obyektlərində qiymətlərin od tutub yanmasıdır. Apardığımız araşdırma göstərir ki, turizm kimi məşhurlaşan bölgələrimizdə gecələmək üçün bir nəfərlik katejlərin qiyməti 80-150 manat arasında dəyişir. Bir gün yemək daxil istirahət isə adambaşına 300 manata başa gəlir. Movqe.az-ın araşdırması zamanı bəlli olub ki, Qəbələdə "Tufandağ" istirahət Mərkəzində bir gecəlik iki nəfərlik istirahət etmək fikrinə düşənlər bəri başdan 400-500 manatı kənara qoymalıdır. Burada iki nəfərə gecələmək üçün bir otaq 150 manata  başa gəlir. Bu məbləğə yalnız səhər yeməyi daxildir. Günorta və axşam yemək yeyənlər hər dəfəyə ən azı 70-80 manat xərcləməli olurlar. Qəbələdə, Qaxda digər istirahət mərkəzlərində də qiymətlər istirahət etmək istəyənlər üçün sərfəli deyil. Odur ki, vətəndaşlar da daxili turizm obyektlərində sərfəli istirahət imkanı olmadığından məsafəcə elə də uzaq olmayan Gürcüstana üz tutduqlarını deyirlər. 

Azərbaycan Turizm İnstitutunun prorektoru EldarAslanov  deyir ki, Azərbaycan turistləri itirməmək üçün ölkəmizdə üç ulduzlu otellərin sayı artmalıdır: "Mən hesab edirəm ki, qiymətləri inzibati üsulla endirmək düzgün deyil. Turizm sahəsində azad bazar rəqabəti yaranmalıdır. Üstəlik ucuz otellərin sayı artmalıdır. Hər vətəndaşın imkanı çatmır 5 ulduzlu hoteldə dincəlməyə. Bu gün Azərbaycanda əhalinin sayı 9 milyonu ötsə də, turizm obyektlərində yataq yerlərinin sayı hələ də 38 mindir. 9 milyondan yuxarı əhali üçün bu rəqəm çox azdır. 535 otel də çox azdır. 3 ulduzlu yeni otellər tikilməlidir. Belə olan halda camaat da cibinə uyğun, dincəlmək üçün məkan tapa biləcək. Xaricdə dincəlmək üçün gedənlərin sayı azalacaq. Azərbaycandan xaricdə istirahət üçün xərclənən pullar ölkədə qalacaq. Bunun üçün də azad bazar rəqabəti yaradılmalıdır". 


Sizin Reklam Yeriniz