Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul olan şəxslərin sənədlərini təqdim edəcəyi qurumların adlarını açıqlayıb. TQDK-dan Movqe.az-a verilən xəbərə görə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olan şəxslər Azərbayca Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olan şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olan şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat iyulun 22-dən 28-dək davam edəcək.
Belə ki, namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.