Əlaqə Arxiv
news Image
2015.07.24
13:47
| A A A
I siniflərə qəbul dayandırıldı-Özəl

Bakı məktəblərinin I siniflərinə şagirdlərin elektron qəbuludayandırılıb. Bu barədə Movqe.aza-a valideynlər məlumat verib. Valideynlər bildirib ki, Bakıdakı ümumtəhsil müəssisələrində  6 yaşı tamam olan uşaqların sənədləri götürülmür. Buna səbəb kimi isə sistemin dodurulduğu əsas gətirilir. Movqe.az məsələni araşdırmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarədən Movqe.az-ın əməkdaşına bildiriblər ki,  buna səbəb 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların ümumtəhsil məktəblərinə qəbulu məqsədilə imtahanın başlamasıdır. İdarədən bildiriblər ki, bu imtahanlar bitənədək, avqustun 15-dən sonra 6 yaşı tamam olmuş uşaqların I siniflərə qəbulu davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan təhsil nazirinin "2015/2016-cı tədris ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə" əmrinə əsasən, martın 5-dən ərizələrin elektron qeydiyyatı keçirilir. Ərizəsi elektron qeydiyyatdan keçmiş vətəndaşların övladlarının sənədləri mayın 1-dən başlayaraq, hər bir müəssisədə təmsil olunacaq işçi qrup tərəfindən qəbul edilirdi. Orta məktəblərin I sinfinə bu ilin sentyabrın 15-nə 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, 16.09.2009-cu il tarixdən 31.12.2009-cu il tarixədək olan dövrdə anadan olan və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada müsahibədən uğurla keçmiş və Təhsil Nazirliyinin təşkil etdiyi məktəbəhazırlıq qrupunu uğurla bitirən uşaqlar qəbul olunur.

 

Sizin Reklam Yeriniz