Əlaqə Arxiv
news Image
2015.07.27
13:43
| A A A
I sinfə qəbul imtahanlarından narazılıq-FOTOLAR

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqlarınümumtəhsil məktəblərinə qəbulu üçün keçirilən imtahanlardan narazılıq yaranıb. Movqe.az-ın əməkdaşının verdiyi xəbərə görə, imtahan zamanı keçid balını toplaya bilməyən uşaqların valideynləri imtahanın keçirildiyi 42 saylı məktəbin qarşısına toplaşaraq yenidən övladlarının imtahan edilməsini və kameranın açılmasını tələb ediblər. Həmin valideynlərə avqust ayının 3-dən sonra 42 saylı məktəbə yaxınlaşmaq tövsiyyə olunsa da, yenidən imtahanın keçirilib-keçirilməyəcəyi barədə qəti fikir bildirilməyib. Övladı Ülvi Əhmədzadənin imtahan zamanı verilən suallardan yalnız birini cavablandırmadığını iddia edən valideyn Nuranə Əhmədova Movqe.az-ın əməkdaşına bildirib ki, o, imtahan zamanı çəkilmiş kameranın görüntülərinə yenidən baxılmasını tələb edib: "Mənim uşağım yalnız bir suala cavab verə bilməyib. İmtahanı keçirən müəllimlər də dedilər ki, uşaq yaxşı nəticə göstərib. Amma mənə məktub gəldi ki, uşağınız imtahandan keçməyib. İndi gəlmişik aydınlaşdıraq, deyirlər ki, avqust ayının 3-dən sonra gəlin. Amma təkrar imtahan edilib-edilməyəcəyi barədə qəti bir söz demirlər".

Movqe.az valideynləri narahat edən bu suala,6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların ümumtəhsil məktəblərinə qəbulu məqsədilə keçirilən imtahanlardan keçə bilməyən uşaqların aqibətinin necə olacağı barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərib. Movqe.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsahibədən uğurla keçməyən uşaqların nəticələrinə yenidən baxılması nəzərdə tutulmamışdır.




















Sizin Reklam Yeriniz