Əlaqə Arxiv
news Image
2015.07.28
07:00
| A A A
Bakının tıxac dərdinə son qoyulur…
Dövlət müəssisələrində və özəl sektorda iş fərqli saatlarda başlayacaq

Paytaxtda uzun müddətdir aktuallığını saxlayan əsas problemlərdən biri də tıxaclarla bğalıdır. Yay aylarının olmasına rəğmən, günün müəyyən saatlarında tıxac problemi özünü qabarıq şəkildə göstərir. Sentyabr ayında dərslər başladıqdan sonra isə tıxac probleminin daha da kəskinləşəcəyi şübhə doğurmur. Görünür, bğtün bunları nəzərə alan hökumət müəyyən qabaqlayıcı addımlar atmağa hazırlaşır.

Baş nazirin 1-ci müavini Abid Şərifov qeyd olunan xüsusda maraqlı fikirlər səsləndirib. Abid Şərifov bəyan edib ki, Bakıda tıxacların qarşısını almaq üçün iş saatlarına dəyişikliklər edilməsi nəzərdə tutulur: "Azərbaycanda universitetlərdə dərslər eyni vaxtda başlayır, dövlət müəssisələrində və özəl sektorda da iş əsasən saat 9-da başlayır. Biz Azvropa ölkələrinin təcrübəsini öyrənmişik. Avropa ölkələrində və digər bir çox ölkələrdə bu belə deyil. Biz müvafiq orqanlara özəl sektor ilə danışıqlar aparmağı tapşırmışıq. Özəl sektorda iş saat 8:00 və ya 8:30-a qədər başlamalıdır. Dövlət sektorunda 8:30-dan 09:30-a qədər işə başlamalıdır. Bank və sığorta sistemi saat 10:00-dan işə başlamalıdır. Bu iş adamlarına və digər bir çox vətəndaşlarımıza əlavə vaxt qazandıracaqdır. Özəl sektorda işləyənlər işini tez bitirdiyindən gedib bank və sığorta ilə bağlı işlərini görə bilərlər".

Bu təkliflər ekspertlər tərəfindən də müsbət qiymətləndirilir. Məsələn, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, tixac probleminin yumşaldılması üçün yalnız ənənəvi deyil, qeyri-ənənəvi metodlardan istifadə etməyə ehtiyac var: "Belə metodlardan biri dövlət və özəl sektorlar üzrə işə başlama saatlarının fərqli olmasıdır. Daha məqsədəuyğundur ki, dövlət sektoru üçün işə başlama vaxtı səhər 8:00, özəl sektor üçün isə 9:00 olsun. Ali məktəblərdə dərslər saat 8:00, orta məktəblərdə isə 8:30-da başlaya bilər. Bu metod tıxacla mübarizədə ən azı infrastruktrunun inkişafi qədər daha təsirli olacaq. Bu zaman artıq şəhərdə işçilərin nəqliyyat hərəkəti zamanlar üzrə paylaşdırılacaq və bu da yollardakı sıxlığın aradan qaldırılmasına ciddi yardım göstərəcək. Digər üsul, paytaxtda yerləşən ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıdan kənara köçürülməsidir. Texniki, hətta iqtisadi yönümlü universitetlərin Bakıda yerləşməsinin heç bir əsaslandlrılması yoxdur. Birləşmiş Ştatlarda top 20-yə daxil olan universitetlərin 90 faizi kiçik şəhərlərdə yerləşir". Beləliklə, proseslər özəl və dövlət sektorunad iş saatlarının dəyişəcəyini göstərir. Bunun isə tıxac probleminin həllində vacib rol oynayacağı gözlənilir.

Abid Şərifov isə ANS-ə açıqlamasında qeyd edib ki, avtomobillərin saxlanılması üçün bir çox dövlət müəssisələrinin həyatyanı sahələrində kifayət qədər boş sahələr var və həmin sahələrdə avtomobillərin saxlanılmasına icazə verilməlidir:

"Universitetlərimizin, xəstəxanalarımızın və s. böyük həyatyanı sahələri var. Bu, göz qabağındadır. Amma heç bir avtomobillər içəri buraxılmır. Niyə? Bütün yollar bağlanılır. Müəllimlər, tələbələr avtomobillərini yol kənarlarında saxlayırlar. İstənilən universitetlərin ətrafında belə vəziyyətdir. Biz deyirik ki, həyətin varsa, zəhmət olmasa, avtomobilləri həyətinə burax. Avtomobillər içəridə dayanmalıdır. Və yaxud da, get dayanacaqda dur. Əvvəllər deyirdilər şəhərin mərkəzində dayanacaqlar yoxdur. Götürək, Azadlıq meydanında, Heydər Əliyev adına sarayın ətrafında böyük avtomobil dayanacaqları tikilib". Abid Şərifov qeyd edib ki, rayonlardan gələn avtomobillərin Bakının girişlərində tikiləcək dayanacaqlarda saxlanılması təklif olunur.

Ekspertlər avtomobillərin çoxolduğu ərazilərdə səyyar avtodayanacaqların yaradılmasını da zəruri hesab edirlər. Qeyd edək ki, səyyar avtodayanacaqların quraşdırılması ilk olaraq ABŞ-ın Nyu-York ştatının eyniadlı şəhərində tətbiq edilib. Nyu-York Birləşmiş Ştatlardakı ən çox əhalisi olan şəhərdir. Burada şəhərin tıxac problemini aradan qaldırmaq üçün səyyar çoxmərtəbəli avtomobil dayanacaqları quraşdırılır. Bir dayanacaqda təxminən 200-300 avtomobil yerləşdirmək mümkündür. Avtomobillər yuxarı mərtəbələrə xüsusi liftlər vasitəsilə qaldırılır. Xidmət haqqı hər saat üçün təxminən 20-25 sentdir. Bu dayanacaqlar sayəsində Nyu Yorkun tıxac problemi xeyli dərəcədə həllini tapıb. Səyyar dayanacaqların bir üstünlüyü də onda ibarətdir ki, bir yerdə durub qalmır, yəni onları söküb başqa yerdə də qurmaq olar. Avtomobillərin hərəkətinin gur olduğu nöqtələrdə ondan istifadə edilir. Sökülüb-qurulması çox asan olan belə səyyar dayanacaqların qiyməti 100 min dollardır. Bir neçə belə dayanacaq kifayət edər ki, Bakıda tıxac müşahidə oluna ərazilərdə problem həllini tapsın. Hər halda qabaqcıl təcrübələrin ölkədə tətbiqi məqbul sayılır.

Sizin Reklam Yeriniz