Əlaqə Arxiv
news Image
2015.07.28
12:40
| A A A
Kənd yerlərində rəsmi qeydə alınmamış nikahlardan doğulan uşaqların sayında artım var

Respublikanın  kənd yerlərində rəsmi qeydə alınmamış nikahlardan doğulan uşaqların sayının artması həmin ərazilərdə maarifləndirmə işlərinin aparılmasına hələ də ehtiyacın olduğunu göstərir. Movqe.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova  jurnalistlərə açıqıamasında bildirib. 

A.Veysəlova deyib ki, artıq ailədə valideynlərin məsuliyyətinin artırılması ilə bağlı komitə tərəfindən hazırlanan qanun layihəsi qəbul olunub. 

Komitə rəsmisi bunun nəticəsinin yaxın zamanlarda özünü göstərəcəyini də söyləyib: "Bəzən uşaqlar çox kiçik xuliqanlıq üstündə cinayətkarlara çevrilirlər. amma bunun da kökündə valideyn məsuliyyəti dayanır. Buna görə fə komitə valideyn məsuliyyətinin artırılması məsələsinə hər zaman diqqət verib".

Sizin Reklam Yeriniz