Əlaqə Arxiv
news Image
2015.07.28
13:30
| A A A
Komitədə Milli Mətbuatın 140 illiyinə həsr olunmuş "KİV -də Qadın və uşaq problemləri" mövzusunda keçirilən dəyirmi masa keçirilib

Movqe.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Komitənin sədr müavini Sədaqət Qəhrəmanova öncə ölkə başçısının sərəncamı ilə mükafatlandırılan jurnalistləri təbrik edib. Daha sonra Azərbaycan cəmiyyətinin inkişafında mətbuatın rolundan danışan sədr , Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının mətbuata dövlət dəstəyindən xəbər verdiyini bildirib. Mətbuatın ailə, qadın, uşaq problemlərinə də böyük yer ayırdığını söyləyən S.Qəhrəmanova Azərbaycanda ilk qadın qəzeti olan "İşıq"qəzetinin nəşrindən danışıb. Hazırda bu qəzeti "İşıq"jurnalının əvəz etdiyini deyən S. Qəhrəmanova jurnalda Azərbaycanda ailə,qadın,uşaq problemləri ilə bağlı həssas məqamlara yer ayırdığını söyləyib. 

Sizin Reklam Yeriniz