Əlaqə Arxiv
news Image
2015.07.29
15:10
| A A A
Zəngilan rayonunun məcburi köçkünləri yol təhlükəsizliyinin təmin edilməsinə səfərbər olunurlar

Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı və "Həyat" Beynəlxalq Humanitar Təşkilatının təşəbbüsü ilə Masazır qəsəbəsində fəaliyyət göstərən Zəngilan rayon 33 saylı orta məktəbdə yol təhlükəsizliyi ilə bağlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan "Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili" layihəsi çərçivəsində təşkil olunmuşdur. 

Tədbiri giriş sözü ilə açan Zəngilan rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Nəsirov iştirakçıları tədbirin gündəliyi ilə tanış etdi və qeyd etdi ki, günü-gündən aktuallaşan yol qəzaları problemi Zəngilan icması üçün də yad deyil ən azından o səbəbdən ki, icmaların bir qismi sürətli yollar ətrafında yerləşir və icma nümayəndələri tez-tez həmin yollarda baş verən qəzaların şahidi olurlar. Məhz bu səbəbdən yol təhlükəsizliyi və yol mədəniyyəti ilə əlaqədar keçirilən maarifləndirmə və məlumatlandırma kampaniyalarının mühüm əhəmiyyətə malikdir.  

Xüsusi məruzə ilə çıxış edən "Həyat" Təşkilatının sədri, layihə rəhbəri Azər Allahverənov yol təhlükəsizliyinin təmin olunması və yol mədəniyyətinin artırılması kimi aktual məsələlərinin bir sıra aspektlərinə toxundu və məcburi köçkün icmalarında bu sahədə görülməsi vacib hesab olunan fəaliyyətlər barədə danışdı. 

46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri, layihənin eksperti  Fəridə Süleymanova çıxış edərkən vurğuladı ki, yol hərəkəti qaydalarının geniş şəkildə öyrənilməsi prosesinə məktəblərdən başlamaq lazımdır. Bunun üçün xüsusi hazırlıq keçmiş müəllimlər olmalıdır. Məhz bu səbəbdən məktəblərdə yol hərəkəti ilə bağlı tədris saatlarının artırılması və bu fənnin ödənişli prinsip əsasında təşkil olunması olduqca vacib məsələdır.

Tədbirdə iştirak edən Zəngilan icma nümayəndələrindən Həlimə Ataxanova, Məhruzə Cəfərova, Nəzər Bağırov və digərləri yaşadıqları icmalarda və həmin icmaların yerləşdiyi ərazilərdə, xüsusilə də Masazır qəsəbəsində, Sabunçu dairəsində və başqa yerlərdə yol təhlükəsizliyinin kifayət qədər aktual olduğunu bildirdilər və yaranmış vəziyyətdən çıxış yolunu həmin yollardakı mövcud infrastrukturda təkmilləşmə işlərinin aparılmasında gördülər.

Sizin Reklam Yeriniz