Əlaqə Arxiv
news Image
2015.07.29
18:14
| A A A
15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların dəhşətli statistikası açıqlandı
15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayında artım var. Bunu Movqe.az-a açıqlamasında Ailə,Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib. A. Veysəlova bildirib ki, əvvəlki illərdə, yəni, 2013-cü ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2855 idisə, 2014-ci ildə artaraq 3296-ya çatıb: "Eyni zamanda erkən nikahlar 2012-ci  ildə 295, 2013-cü ildə 229 idisə, 2014-cü ildə 479-a çatıb". A. Veysəlova bildirib ki, son illər erkən nikah hallarının qarşısını almaq üçün qanunvericilik müstəvisində də xeyli iş görülüb: "Ailə Məcəlləsində  nikah yaşı dəyişdirilərək 18-ə çatdırılıb, eyni zamanda Cinayət Məcəlləsində nikaha məcbur etmə, nikaha məcbur etmə yetkinlik yaşına çatmayana edilibsə,  4 ilə qədər həbs qəti imkan tədbiri və 4 min manatadək cərimə nəzərdə tutulub. Amma bununla belə Azərbaycanın hər bir bölgəsində erkən nikah halları qeydə alınır. Ailə,Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikah hallarının qarşısını almaq istiqamətində tədbirləri və marifləndirmə işini davam etdirir".   
Sizin Reklam Yeriniz