Əlaqə Arxiv
news Image
2015.07.30
16:04
| A A A
İsti hava ilə bağlı reydlərə başlanıldı-Özəl

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu gündən etibarən açıq havada iş aparan müəssisələrdə, tikinti şirkətlərində reydlərə başlayıb. Bu barədə Movqe.az-a eksklüziv olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov məlumat verib. M. Məhərov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin havanın temperaturunun 40 dərəcəni keçməsi ilə bağlı xəbərdarlığından sonra, bölgə rəislərinə tapşırılıb ki, açıq havada iş aparan şirkətlərə nəzarət edilsin. M. Məhərovun sözlərinə görə, əməyin mühafizəsi qaydasını pozaraq işçini açıq hava şəraitində yüksək temperatur altında işlədən sahibkarlar 2000 manatadək cərimə oluna bilər: "Havanın temperaturu 41 dərəcədən çox olduqda açıq şəraitdə iş yerlərində işə fasilələr verilir, yaxudda iş dayandırılır. Əgər fasilə verilirsə, bu fasilə iş saatına daixl edilir və tarif maaşı ilə əməkhaqqı ödənilir. İş dayandırılırsa, boşdayanma vaxtının haqqı, işçinin təqsiri üzündən baş verməyən dayanma vaxtı kimi tarif maaşının 4/3 hissəsindən az olmayaraq ödənilir. Bu əsasən açıq şəraitdə iş yerlərinə aiddir".

M. Məhərovun sözlərinə görə, bu Əmək Məcəlləsinin 233-cü maddəsində öz əksini tapıb. M. Məhərov deyib ki,əgər temperatur 41 dərəcədən yüksəkdirsə, belə halda işçini işlədən müəssisə rəhbərliyi məsuliyyət daşıyır və bu əməyin mühafizəsi qaydalarının pozulması kimi qiymətləndirilir. Rəis müavini bildirib ki, bu gündən bütün iş yerlərində nəzarət etmək mümkün olmasa da, tikinti şirkətlərində, yol çəkilişlərində açıq havada işlərin dayandırlıb-dayandırılmadığını yoxlamaq məqsədilə reydlər keçirəcək.

Sizin Reklam Yeriniz