Əlaqə Arxiv
news Image
2015.07.30
21:00
| A A A
Nikah üçün qeydiyyat şöbəsinə müraciət edənlər azalıb...

Nikah ailənin hüquqi əsasıdır. Hər gün ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərində xeyli sayda gənclər nikah bağlayır, yeni aillərin təməl daşı qoyulur. Ölkəmizdə nikahın bağlanması və pozulması, nikahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydalar ilə həyata keçirilir, tənzimlənir.Bu ilin iyunun 1-dən etibarən isə bu qanunlara daha bir qayda da əlavə edildi. Belə ki, nikaha daxil olmaq istəyən şəxslər məcburi icbari tibbi müayinədən, o cümlədən talassemiya, QİÇS və siflisə görə müayinədən keçməlidir. Qaydalara əsasən tibbi müayinənin nəticələri həkimlər tərəfindən sirr saxlanılır. Buna görə də həkimlər tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verir.Bundan başqa, nikaha daxil olmaq istəyənlər üçün onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması haqda bəzi məsləhətlər də verilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi tamamilə pulsuzdur. Tibbi arayış müraciətdən iki həftədən gec olmayaraq verilir və etibarlılıq müddəti yalnız bir aydır. Bəs yeni ailə qurmağa hazırlaşan gənclər yeni qaydalara uyğunlaşa bilirmi? Suraxanı rayonu qeydiyyat şöbəsinin rəisi Solmaz Həsənovanın sözlərinə görə, ötən illərə nisbətən bu il nikah kəsdirmək üçün müraciət edən gənclərin sayı azalıb. Səbəbi? Səbəbi isə vətəndaşların qeydiyyat şöbələrinə deyil əsasən "ASAN Xidmət"ə üz tutmaqlarıdır:

"Nikaha daxil olmaq istəyən şəxslər artıq yeni qaydalarla tanışdırlar. Güman etmirəm ki, onlar bu qaydalardan narazıdır. Çünki bu onların gələcək həyatları üçün, sağlam ailənin formalaşdırılması üçün atılan addımdır.Tibbi müayinə üçün vətəndaşlar qeydiyyatda olduğu tibb məntəqələrinə müraciət edir, xüsusi qaydalara əsasən tibbi arayış alırlar və nikaha daxil olmaq üçün müəssisəmizə müraciət edirlər.

Ötən illərə nisbətən bu il müəssisəmizə müraciət edənlərin sayı xeyli azalıb. Vətəndaşlar daha çox "ASAN Xidmət"ə üz tutur".Vətəndaşların nikah üçün qeydiyyat şöbəsinə və ya "ASAN Xidmət"ə müraciət etməsində hansısa fərq varmı?"ASAN Xidmət"in Beynəlxalq və ictimai əlaqələr sektorunun rəhbəri Anar Hüseynov bu barədə "Yeni Müsavat"a açıqlama verib:

"Xidmətlərdə heç bir fərq yoxdur, yəni, zəruri tələb edilən sənədlər, dövlət rüsümları tamamilə eynidir.

Bildiyiniz kimi "ASAN Xidmət" 9 qurum ilə birgə fəaliiyət göstərir və bu xidmətlər həmin qurumların əməkdaşları tərəfindən həyata keçirilir. Vətəndaşlar birbaşa həmin qurumların özünə və yaxud "ASAN Xidmət"ə müraciət edə bilərlər.

Vətəndaşlar nikah üçün bizə müraciət edəndə qurumlarda olduğu kimi aşağıdakı sənədləri tələb edirik:

-Birinci növbədə nikaha daxil olmaq istəyən vətəndaşların yazılı ərizələri, hər iki vətəndaşın tibbi müayinədən keçdiyi barədə arayış, nikahın qeydə alınması üçün 5 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd".

Sizin Reklam Yeriniz