Əlaqə Arxiv
news Image
2015.07.31
13:40
| A A A
Vaqif Əsədov: "Bu il Bakıda 45 mindən artıq piyada cərimələnib"
Piyadaların vurulması halları ümumi hadisələrin 51,6 faizini təşkil edir

"2015-ci ilin əvvəlindən indiyədək Bakı şəhər üzrə 45 mindən artıq piyada saxlanılaraq inzibati qaydada cərimələnib". Bunu Movqe.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

O bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması istiqaməti üzrə idarə tərəfindən lazımi tədbirlər görülür: "Bakı şəhəri üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində piyadaların vurulması halları ümumi hadisələrin 51,6 faizini təşkil edir".

Sizin Reklam Yeriniz