Əlaqə Arxiv
news Image
2015.07.31
14:10
| A A A
Avqustun ilk günündə Bakıda 39 dərəcə isti olacaq
Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir

Həftənin şənbə günü - avqustun 1-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Movqe.az-a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, gündüz cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz