Əlaqə Arxiv
news Image
2015.07.31
16:18
| A A A
Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılır

Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti əsas yolda, Heydər Əliyev Mərkəzinin qarşısından "Böyük Şor"yol qovşağınadək olan hissəsində hər iki istiqamətdəyolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Movqe.az-a  verilən məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində prospektin sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülər Heydər Əliyev prospektinin yan yollarıdan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

Sizin Reklam Yeriniz