Əlaqə Arxiv
news Image
2015.08.03
18:21
| A A A
Kaspi kursları nəticələri açıqladı- Ən yüksək 691 bal
Kaspi Təhsil Şirkətinin Kaspi Abituriyent kurslarında bu il abituriyentlərin bir çoxu yüksək nəticə göstərib.  Movqe.az kursun 2014/2015 – ci tədris ilinin yekun nəticələrini 2013/2014-cü tədris ilinin nəticələri ilə müqayisəli şəkildə təqdim edir:

"Belə ki, bu il Kaspi abituriyentlərin 18%-i 600 baldan yuxarı nəticə göstəriblər ki, keçən il bu rəqəm 12% təşkil edib. Ümumiyyətlə, abituriyent kursunun əsas göstəricisi hesab olunan orta bal bu il Kaspidə 450 bal olub, 2013/2014-cü tədris ilində isə bu göstərici 380 bal olub. Keçən il kursun tələbəsi tərəfindən toplanılan ən yüksək bal 680, bu il isə azərbaycan bölməsi üzrə Cəfər Balakişiyev tərəfindən toplanılan 685 bal, rus bölməsi üzrə isə Nərmin Camalova tərəfindən 691 bal olub. Keçən il 500 bal həddini keçən tələbələr ümumi sayın 30% - ni, bu il isə 50% - dən çoxunu təşkil edirlər.

Keçən il kursun ümumi qəbul nəticəsi 94%, bu il isə 95 % olub. Yuxarıda qeyd olunduğu kimi, keçid balının bu il 200 bal olmasını nəzərə aldıqda 1% artımı yaxşı göstərici hesab etmək olar. Kaspidən bu proqressin səbəbini soruşduqda isə cavabları belə oldu ki, onlar yalnız dərslərin keçirilməsini təmin etmir, onlara etibar edən şagird və valideynlərin ümidlərini doğrultmaq üçün 5 məqamın əsas götürüldüyü kompleks işin aparılmasına nəzarət edirlər. Həmin məqamlar isə aşağıda qeyd olunub: 

1. Müəllim heyəti – Ümumiyyətlə Kaspi Təhsil Şirkəti müəllim seçiminə çox həssas şəkildə yanaşır. Belə ki, müəllimlərin işə qəbulu onların peşəkar və fərdi qabiliyyətlərini aşkarlayan üç mərhələ əsasında aparılır: Birinci mərhələdə müəllimin fənn bilikləri test əsasında yoxlanılır; ikinci mərhələdə namizəd müəllimin pedaqoji performansı və psixoloji durumu təhlil edilir; üçüncü - açıq dərs mərhələsində isə müəllimin şagirdlə ünsiyyət qurma qabiliyyəti və test metodikasından necə istifadə etməsinə fikir verilir. İşə qəbul olunmuş müəllimin qarşısına müəyyən hədəflər qoyulur və hər tədris ilinin sonunda onun performans dəyərləndirilməsi aparılır.

 2. Pedaqoji vəsaitlər – Hər il Kaspi Abituriyent kurslarında istifadə olunan dərs vəsaitlərinə nəzər salınır və onların təkmilləşdirilməsinə fikir verilir. Xüsusilə, TQDK tərəfindən edilən yeniliklər və dəyişikliklərin mərkəzin nəşrlərində öz əksini tapmasına üstünlük verilir. Sadədən mürəkkəbə doğru olmaqla test tapşırıqlarının differensasiyası aparılır. "Şagirdlər üçün önəm kəsb edən digər məqamlardan da biri odur ki, oxuduqları dərs materialları həm məzmun, həm də forma baxımından anlaşıqlı, aydın və asan olsun, biz də məhz işin bu tərəfinə xüsusi diqqətlə yanaşmağa çalışırıq." – deyə kurs nümayəndəsi bildirmişdir. 

3. Şagirdlərə mənəvi dəstək – Tədris zamanı şagirdlərin bilikləri mənimsəməsinə və istifadəsinə daim diqqət yetirilir, qarşıya çıxan çətinliklər, problemlər araşdırılır, müfaviq həll yollarına baş vurulur. Bu zaman ehtiyac olarsa mütləq mərkəzin psixoloqunun köməyindən də istifadə olunur. Şagirdlərin test çalışma vərdişlərini artırmaq üçün dərslərdən əlavə test tətbiqi saatlarına da cəlb olunurlar. Bu dərslərdə şagirdlərə mənimsədikləri bilikləri test işləyərkən tətbiq edə bilmə texnologiyası öyrədilir, nəticədə isə müxtəlif səviyyəli testlərlə işləmə qabiliyyəti mənimsədilmiş olur. Kurs tərəfindən keçirilən Sınaq İmtahanlarında istifadə olunmuş bütün test suallarının video həlli kaspi.edu.az veb səhifəsində yerləşdirilir ki, bu da abituriyentlərə sınaq imtahanından dərhal sonra həm öz nəticələrini, həm də buraxdıqları səhvləri aydınlaşdırmağa imkan verir. Qeyd edək ki, respublikamızda sınaq imtahanlarında istifadə olunan bütün qruplar üzrə bütün sualların video həllərini abituriyentlərə təqdim edən yeganə kurs məhz Kaspi Abituriyent kurslarıdır. Bunda əlavə ölkəmizin bütün şagirdləri öz biliklərini ölçmək üçün Kaspinin onlara təqdim etdiyi kaspitest.com resursundan da istifadə edə bilərlər ki, bu da real imtahan rejimində olan onlayn imtahan formasıdır.

 4. Valideynlərlə iş – Mərkəzin nümayəndəsi özlərinin 7 illik təcrübələrinə əsaslanaraq qeyd edir ki, uğurlu şagird, yaxşı nəticə birbaşa ailə-şagird-məktəb üçbucağının birgə işindən birbaşa asılıdır. Kaspi, bu üç tərəfin işini asanlaşdırmaq üçün Tədrisin İdarəedilməsi Sistemi – Kaspi LMS texnoloji layihəsini valideynlərin istifadəsinə vermişdir. Bu layihə valideynlərə onlayn şəkildə tədris müəssisəsindəki öyrənmə, ölçmə-qiymətləndirmə haqqında hesabat almaq, şagirdin dərs fəaliyyətinə nəzarət etməyə imkan verir. Eyni zamanada, valideynlər bu sistemdə olan "mesajlar" bölməsindən istifadə edərək, öz təklif və iradalarını müvafiq olaraq rəhbərliyə, Tələbələrlə iş şöbəsinə və fənn müəllimlərinə çatdıra bilərlər.

5 - Peşəkar məsləhətlər – Cəmiyyətimizdə mövcud tendensiyalardan bir də odur ki, çox vaxt valideynlər və şagirdlər özlərinə və biliklərinə uyğun ixtisas seçimini etməkdə çətinlik çəkirlər. Məhz bu kimi hallar zamanı kursun əməkdaşları tərəfindən şagirdin istəyi, biliyi və mövcud reallıq müqayisəli şəkildə araşdırılır, ona müfaviq məsləhətlər verilir. Şagirdlərə dəstək ən son mərhələdə - əldə olunmuş ballar əsasında ixtisas və universitet seçimi zamanı da göstərilir. Nəticədə hər bir şagird istəyinə və biliyinə uyğun ixtisasa yiyələnmiş olur".

Sizin Reklam Yeriniz