Hava şəraiti ilə bağlı küçə ticarətinə nəzarət gücləndirildi
Havaların kəskin istiləşməsi ilə əlaqədar Azərbaycanda küçə
ticarətinə nəzarət tədbirləri gücləndirilib. Bu barədə Movqe.az-a Bakı Şəhər
İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat
xidmətinin rəhbəri Əliabbas Bağırov verib. Ə. Abbasov bildirib ki,
kənd təsərrüfatı məshsullarının paytaxta gətirilməsi ilə əlaqədar
bəzi yerlərdə səyyar ticarətə icazə verilib: "Elə yerlər var ki,
biz orada bazar olmadığından qarpız, yemiş və sair kənd
təssərrüfatı məhsullarının səyyar satışına icazə vermişik. Amma
bəzi hallarda küçədə müxtəlif fəsd-fud məhsullarının səyyar satışı
həyata keçirilir. Havaların isti keçməsi ilə əlaqədar bu cür hazır
yeməklərin əldə, səyyar satışı təhlükəlidir. Çünki, havanın
temperaturu günü-gündən yüksəlir. Həmin məhsulların, qidaların
əldə, açıq şəraitdə satışı bəzi xəstəliklərin yayılmasını daha da
sürətləndirə bilər. Ona görə də, vətəndaşlara da əldə satılan
fəsd-fud məhsullarını almaq məsləhət görülmür. Bizim qurum buna
qarşı nəzarət tədbirlərini gücləndirib. Küçədə bu cür məhsulların
səyyar şəkildə satışı qadağandır!".