Əlaqə Arxiv
news Image
2015.08.06
11:44
| A A A
Aytəndən ATV-yə keçməsi xəbərinə - Reaksiya

Teleaparıcı Aytən Səfərova ANS-dən ayrılıb ATV-də fəaliyyətə başlaması haqda yayılan məlumatlara münasibət bildirib. Movqe.az-ın məlumatına görə, teleaparıcı bu haqda sosial şəbəkədə yazıb: "Əziz dostlar, mənim ANS-dən çıxmağım barədə məlumat yayılıb. Qeyd etmək istəyirəm ki, mən ANS-dən çıxmamışam, hazırda bülletendəyəm, bir müddət sonra isə məzuniyyətə çıxmağa hazırlaşıram. Haqqımda başqa kanala keçdiyimə dair məlumat yayan saytları da qınamıram, çünki mənim ANS-in efirində görünməməyim bir çox mülahizələrin, müəyyən informasiyaların yayılmasına səbəb olub. Bu müddətdə də mənə saytlar, sosial şəbəkələr vasitəsilə dəstək olan hər kəsə təşəkkür edirəm".


Sizin Reklam Yeriniz