Zaqatalada çaqqal küçədə sakinlərə hücum etdi
Azərbaycanın Zaqatala rayonunda çaqqal sakinlərə hücum edib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb. Şəhərin küçələrindən birində çaqqal işə gedən insanlara hücum edib. Nəticədə 6 nəfər şəhər sakini Zaqatala Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Xəstəxananın poliklinika şöbəsinin müdiri Məmmədrəsul Teyyubov 6 nəfərin vəhşi heyvanın hücumuna məruz qalması şikayəti ilə xəstəxanaya müraciət etməsi faktını təsdiqləyib. O bildirib ki, həmin şəxslərə quduzluq əleyhinə peyvənd vurulub və əlavə tibbi yardım göstərildikdən onlar sonra evə buraxılıblar.