Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayonlarda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən Movqe.az-a verilən
məlumata görə, ölkə prezidentinin göstərişinə əsasən cəbhə
bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat
işlərinin gedişatını yoxlayan Müdafiə naziri hərbi obyektlərin
plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq
işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini
verib.
Z.Həsənov zirehli texnika, artilleriya qurğu və sistemləri üçün
saxlanclar, hərbi tibb müəssisələri, əsgər yataqxanaları, xidməti
və inzibati otaqlar, səhra və stasionar hamam-camaşırxana
kompleksləri, eləcə də digər obyektlərdə olaraq hərbi qulluqçuların
sosial məişət şəraiti ilə maraqlanıb
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam
edir.