Azərbaycanda zəlzələ oldu
Bu gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən məlumata görə, zəlzələ saat 15.54-də Heydərabad ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 16 km olub.
Zəlzələ hiss olunmayıb.