Əlaqə Arxiv
news Image
2015.08.06
23:01
| A A A
Zakir Həsənov hərbi obyektlərdə
Müdafiə naziri: "Cəbhə bölgəsindəki hərbi hissələrin sosial-məişət şəraiti ən yüksək səviyyədə olmalıdır"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayonlarda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti avqustun 6-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, ölkə prezidentinin göstərişinə əsasən cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan nazir Zakir Həsənov deyib ki, cəbhə bölgəsindəki hərbi hissələrin sosial-məişət şəraiti ən yüksək səviyyədə olmalıdır. O, hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib. General-polkovnik Z.Həsənov zirehli texnika, artilleriya qurğu və sistemləri üçün saxlanclar, hərbi tibb müəssisələri, əsgər yataqxanaları, xidməti və inzibati otaqlar, səhra və stasionar hamam-camaşırxana kompleksləri, eləcə də digər obyektlərdə olaraq hərbi qulluqçuların sosial məişət şəraiti ilə maraqlanıb.Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.

Sizin Reklam Yeriniz