Əlaqə Arxiv
news Image
2015.08.07
12:20
| A A A
Bakıda 65 mindən çox piyada cərimələndi
Bakıda ilin əvvəlindən polis tərəfindən 65832 piyada cərimələnib.

Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.


"Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin piyadaların hüquq məsələsini tənzimlədiyini qeyd edən V. Əsədov bildirdi ki, bu maddənin tələbləri piyadalar tərəfindən pozulduqda İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, onlar saxlanılır və məsuliyyətə cəlb edilir.


Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb:


"100-dən artıq polis əməkdaşımız həmin ərazilərdə xidmət aparır. Bu isə o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlib və hadisələrin səviyyəsi aşağı düşüb. Həqiqətən də kütləvi piyadaların saxlanılaraq cərimələnməsi piyada vurma ilə nəticələnən qəzaların sayına təsir edib. Yəni piyadaların nizam-intizamın yüksəldilməsi, yollarda təhlükəsiz davranışlarının qorunması və beləliklə də yol hərəkətində mədəniyyət səviyyəsinin artırılması, şüur səviyyəsinin yüksəldilməsi istənilən halda hadisələrin sayının aşağı düşməsinə təsir göstərir".


Piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalması istiqamətində polislə yanaşı vətəndaşların da üzərinə böyük məsuliyyətin düşdüyünü deyən polkovnik vurğuladı ki, bunun üçün hər bir evdə bu barədə tərbiyəvi iş aparılmalıdır.

Sizin Reklam Yeriniz