Əlaqə Arxiv
news Image
2015.08.07
15:40
| A A A
Azərbaycan-İran sərhədində atışma olub
Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb

Bir qrup şəxsin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməsinin qarşısı alınıb. Movqe.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz