Əlaqə Arxiv
news Image
2015.08.10
10:34
| A A A
“Qəbələ” Klubu Rasim Əliyevin ölümünə görə Cavid Hüseynovu əsas komandan kənarlaşdırıb

"Qəbələ" İdman Klubu jurnalist Rasim Əliyevin vəfatı ilə bağlı bəyanat yayıb. Movqe.az-ın Klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunur: "Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini "Qəbələ" İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılamışdır. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlamışdır.

Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilmiş, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olmuşdur. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilmiş, heç vaxt sərt reaksiya verilməmişdir. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirmişdir.

Mərhum son müsahibələrində və "facebook" sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas k omandadan kənarlaşdırılmışdır.

Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik".

Sizin Reklam Yeriniz