Əlaqə Arxiv
news Image
2015.08.12
11:50
| A A A
Bakıda şadlıq evində bağırsaq çöpləri aşkarlandı, cinayət işi açıldı
Liya Bayramova: "Zəhərlənənlərin vəziyyəti sabitdir"

Bakıda "Zəngəzur" şadlıq sarayında baş verən kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar rayon prokurorluğunda cinayət işi açılıb. Bu barədə məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev  verib. İ. Abdullayev bildirib ki, şadlıq sarayında aparılan laborator müayinələr zamanı 22 yaxma nümunəsi analiz olunub. Bu nümunələrin 9-da bağırsaq çöpləri aşkar edilib. Çöplər boşqablarda, salat qablarında, işçilərin, eləcə də aşpazın, çörək doğrayanın, qab yuyanın əllərində müəyyən olunub. Çirkləndirmə əsasən çiy və bişmiş qidaların bir-biri ilə təması zamanı baş verib. Kütləvi zəhərlənmə hadisəsinin də bu səbəblərdən baş verdiyi təsdiqlənib".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova kütləvi zəhərlənmə zamanı xəstəxanaya yerləşdirilən 77 nəfərdən 25 nəfərinin hazırda müalicəsini davam etdirdiyini söyləyib. Onun sözlərinə görə, onlardan 21-i böyük, 4-ü uşaqdır.  L. Bayramova zəhərlənənlərin vəziyyətinin sabit olduğunu söyləyib. 

Sizin Reklam Yeriniz