Əlaqə Arxiv
news Image
2015.08.12
16:12
| A A A
Səbailli məktəblilər üçün Qusarda yeni yay düşərgəsi yaradılıb

Səbail rayonunda yeniyetmə və gənclərin yay istirahətinin təşkili istiqamətində növbəti layihə həyata keçirilir. Bu layihə Səbail rayon İcra Hakimiyyəti və  Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə təşkil olunan və 2-ci dəfə həyata keçirilən "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi olub. Bir qədər əvvəl keçirilən "Şahinlər" yay düşərgəsindən fərqli olaraq bu düşərgəyə rayonun təhsildə və idmanda fərqlənən, müxtəlif fənn olimpiadalarında, müsabiqələrdə qalib olan və idman yarışlarında nailiyyətlər əldə edən, oxuduqları orta məktəbin ictimai işlərində fəal olan, ümumilikdə 150-dən çox yuxarı sinif şagirdləri cəlb olunmuşlar. Ən əsası isə bu düşərgənin Müdafiə Nazirliyinin Qusar şəhərindəki "N" saylı hərbi hissəsində keçirilməsidir. Burada "Gənc Heydərçilər" üçün xüsusi əsgər kazarması ayrılmış, yeniyetmələr düşərgənin fəaliyyəti dövründə hərbi nizamnamənin tələblərinə uyğun dərslər keçəcək, hərbi hissənin poliqonunda təlimlərdə iştirak edəcək, ordumuzun silah və texnikası ilə yaxından tanış olacaqlar. Layihə təşkilatçıları tərəfindən bütün hazırlıq işlərinin başa çatdığı ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətində düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdiklərilayihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, artıq 10-cu ildir ki, DİN Daxili Qoşunlar Komandanlığı ilə birgə Quba şəhərində "Şahinlər" yay istirahıt düşərgəsi yaradılmış, keçən ildən bəri isə Müdafiə Nazirliyi ilə birgə yeni layihə – "Gənc Heydərçilər" düşərgəsinin yaradılmışdır. Bu il 2-ci dəfə yaradılan düşərgəyə 150 yeniyetmə yollanacaqdır. Hərbi hissədə şagirdlərin yaşaması, qidalanması, təlimlərdə iştirakı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Təcrübəli tibb personalı uşaqların sağlamlığının keşiyində olacaqlar. Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və onlarla yanaşı hərbi hissənin zabitləri, çavuş    əsgərlərindən ibarət qrup məşğul olcaqlar. İstirahət günlərində şagirdlərin Qusar rayonunun görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaqdır. RİH Başçısı Asif Əsgərov, Başçının birinci müavini Xalidə Bayramova, Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Rauf Dəmirov valideyn və uşaqların çoxsaylı suallarını cavablandırıblar. Tədbirdə çıxış edən valideynlər, ictimai birliklərin rəhbərləri, istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.


 

Sizin Reklam Yeriniz