Əlaqə Arxiv
news Image
2015.08.13
07:00
| A A A
Avtomobil distribütorlarının müştərilərə vurduqları ziyan
Ərşad Hüseynov: “Şirkət bunu hamı üçün elan etsə də, avtomobillərin geri çağırılmaması ölkələrdəki rəsmi distribütorlardan asılıdır”

Məlumdur ki, bəzən istehsal zamanı qüsurlara yol verildiyi üçün maşın istehsalı ilə məşğul olan müxtəlif zavodlar müəyyən tarixdə buraxdığı avtomobilləri geri çağırır. Hər halda son bir il ənəzər saldıqda, məhşur avtomobil markalarından bir neçəsinin minlərlə maşını geri çağırdığının şahidi olmaq olar. Ancaq diqqət çəkən məqam odur ki, Azərbaycana gətirilən belə nəqliyyat vasitələrinin kütləvi şəkildə geri qaytarılması müşahidə edilməyib.

Mövzu ilə bağlı bizimlə fikilərini bölüşən nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bir sıra məqamlara aydınlıq gətirdi. O bildirdi ki, adətən, maşın şirkətləri geriçağrılma qərarını bütün dünya ölkələri üçün elan edirlər: "Bütün maşınlar fərdi nömrə ilə buraxılır. Ona görə də şirkət hansısa nömrədən hansısa nömrəyə qədər problem olduğu bildirir. Konkret modelin, markanın adı çəkilməklə avtomobillər geri çağırılır. Şirkət bunu hamı üçün elan etsə də, avtomobillərin geri çağırılmaması ölkələrdəki rəsmi distribütorlardan asılıdır. Azərbaycanda rəsmi distribütorlar istehlakçı hüquqlarını ciddi şəkildə pozurlar. Həmçinin, ola bilsin ki, istehsalçı şirkətlər qarşısında öhəliklərində də problem olur. Çünki, dəfələrlə təminatla bağlı problemlər yaşanıb. Ancaq indiki məsələdə daha çox yerli distribüterləri günahlandırmaq olar. Rəsmi distribütorlar əhaliyə müraciət etməlidirlər. İzah etməlidirlər ki, hansı avtomobillərdən söhbət gedir. Onlar hətta maşını satdıqları müştəriləri də tapa bilərlər. Ancaq rəsmi distribütorlar buna həvəs göstərmirlər.

Burada vətəndaşın da üzərinə məsuliyyət düşür. Çünki, Azərbaycanda istehlakçı mədəniyyəti istənilən səviyyədə inkişaf etməyib. Geriçağrılma o deməkdir ki, zavod avtomobili qüsurun dərəcəsinə uyğun olaraq müəyyən müddətə sahibindən alır. Buna görə də istehkaçıya ya kompensasiya, yaxud da başqa avtomobil verilməlidir. Bizdə isə rəsmi distribütorlar bunu etmir. Bundan başqa, Azərbaycan istehlakçısında inamsızlıq formalaşıb. Maşınını distribütorlara geri verməyə cürət etmir, onun qayıtmayacağından qorxur. Yaxud da distribütorlar zavoda yalandan məlumat verə bilər ki, alıcılardan heç kəs avtomobili qaytarmaq istəmədi".

Ekspertin sözlərinə görə, burada vətəndaş da məsuliyyət daşıyır: "Əgər onun nəqliyyat vasitəsi çağırılan qrupa daxildirsə, vətəndaş avtomobili təhvil verməlidir. Geriçağırılma o demək deyil ki, həmin markalı maşınların hamısı istehsalçı ölkəyə getməlidir. Avtomobil hər bir ölkədəki satış mərkəzinə qayıdır. Zavod isə mövcud nöqsanı aradan qaldırmaq üçün o ölkələrə ya mütəxəssis, yaxud da detalı göndərir ki, yerindəcə həll edilsin. Hər bir halda distribüterə müraciət etmək lazımdır. Ancaq Azərbaycanda distribütorlar əhalini yaxşı məlumatlandırmırlar. Vətəndaşlar da müraciət etməkdə maraqsızdırlar. Ancaq Azərbaycanda rəsmi nümayədəliklərin problemi aradan qaldırması halları da olub. Burada onu nəzərə alaq ki, böyük istehsalçı ölkələr atomobillərin göndəriləcəyi ölkərə görə texniki təchizata fərq qoyurlar. Onlar avtomobilləri yerli istismar şəraitinə uyğun göndərilir. Hətta ola bilər ki, geri çağırılmış avtomobillər Azərbaycanda olmasınlar. Bütün hallarda bizdə istehlakçı və xidmət göstərən arasında hələlik münasibətlər arzuedilən səviyyədə deyil. Qarşılıqlı inam və etibar lazımdır".

Hüquqşünasın sözlərinə görə, problem üzə çıxarsa, vətəndaş məhkəməyə müraciət edə bilər: "Amma məhkəməyə o vaxt müraciət olunur ki, onun qarşılıqlı münasibətdə olduğu subyektlə arasında açıq mübahisə yaranır. Yaxşı olar ki, vətəndaş problemi həll etmək üçün ilk növbədə elə distribütorların özünə müraciət etsin. Əgər distribütorlar laqeyd yanaşarsa, xəbər verilmədiyinə görə vətəndaş ziyana düşərsə və distribütorlar ziyanı ödəmək istəmədiyi hallarda məhkəməyə müraciət etmək olar".

Ərşad Hüseynov sonda onu da qeyd etdi ki, çağırış müddətinə son vaxt tətbiq edilmir: "Adətən geriçağırış müddəti açıq olur".

Sizin Reklam Yeriniz