Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 68,9 min muzdlu işçinin 70,5%-i dövlət müəssisələri, 29,5%-i özəl bölmədə çalışıb.
Movqe.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, işçilərin 50,2%-i yerüstü və boru kəməri, 10,0%-i su, 17,9%-i hava nəqliyyatı, 21,9%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,9% artaraq 544,0 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1 052,0 manat, hava nəqliyyatında 818,7 manat, metro nəqliyyatında 583,2 manat, avtomobil nəqliyyatında 397,7 manat, dəmir yolu nəqliyyatında isə 250,3 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 44,3%, hava nəqliyyatında 5,0%, dəmir yolu nəqliyyatında 16,7%, boru nəqliyyatında isə 1,4% artıb.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,4 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 2,8% artaraq 746,8 manat olub.