Əlaqə Arxiv
news Image
2015.08.13
13:23
| A A A
Bakıda sürüşmə zonasında evlərdə 15 sm çatlar yaranıb-Açıqlama
"Zığ qəsəbəsində, sürüşmə zonasında yaranan aktivliyə səbəb havaların quraq keçməsidir". Bu barədə Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin. Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. R. Həsənov bildirib ki, artıq Zığ qəsəbəsindəki tikili və evlərdə 15 sm-ya  qədər çatlar yaranıb. Onun sözlərinə görə, ərazi sürüşmə zonası olsa da, son vaxtlar havaların  isti keçməsi, quraqlıq sürüşməni daha da aktivləşdirib: "Hazırda biz həmin ərazidə monitorinq aparırıq. Sürüşmə zonasında vəziyyət qiymətləndirilir". 
Sizin Reklam Yeriniz