Əlaqə Arxiv
news Image
2015.08.13
16:12
| A A A
Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanın rayonlarında 40 dərəcə isti olacaq

Sabah - avqustun 14-də Bakıda günəşli hava şəraiti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Movqe.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-32 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz