Valideynlər övladlarının məktəbdə davamiyyəti barədə SMS-bildiriş xidmətinə endirim əldə edəcəklər
Orta məktəb şagirdlərinin valideynlərinə uşaqların davamiyyəti barədə SMS-bildiriş xidməti çərçivəsində əlavə üstünlüklər təqdim olunacaq. Bu barədə Trend-ə "Elektron gündəlik" layihəsinin texniki işlərini yerinə yetirən "Mobile Solutions&Marketing Technologies" şirkətindən məlumat verilib.
Yenilik ondan ibarət olacaq ki, iki və daha çox övladı üçün xidmətə qoşulan valideynlər cari tarifə əlavə endirimlər əldə edəcəklər.
Qeyd edək ki, xidmətin aylıq abunə haqqı 4,72 manatdır.