Əlaqə Arxiv
news Image
2015.08.17
10:31
| A A A
Yağışlı hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumatına görə, havanın temperaturunun gecə 23-26, gündüz 32-36 dərəcə olacağı ehtimalı var.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə olacaq.

 

Azərbaycanın bölgələrində isə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Sizin Reklam Yeriniz