Günvurma qurbanlarının sayını açıqlandı
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınınbaş
həkimi Rauf Nağıyevin Movqe.az-a verdiyi
məlumata görə, son günlər havaların isti keçməsi nəticəsində
BŞTTTYS-ə günma diaqnozu ilə müraciət edənlərin sayı artıb. R.
Nağıyevun sözlərinə görə, havalar istiləşəndən Bakıda 66 nəfəri gün
vurub. Onlardan 23 nəfəri xəstəxanaya yerləşdirilib.Bununla belə
stansiyanın baş həkimi əhalini isti havalarda ehtiyatlı olmağa,
xüsusilə yaşlı insanların və azyaşlı uşaqların bu cür hava
şəraitində açıq havaya çıxmamasının məsləhət olduğunu
bildirib:"Artıq hidrometerioloqlar son bir neçə günün isti keçəcəyi
barədə proqnoz veriblər. Xüsusilə bu günlərdə insanlar günvurmanın
qurbanı olmamaq üçün hava şəraitinə uyğun geyinməli, qidalanmalı,
gəzintiyə çıxmalıdırlar.Biz məsləhət görürük ki, insanlar səhər
saat 11:00-dan axşam saat 18:00-a dək açıq havada gəzməkdən mümkün
qədər çəkinsinlər.