Əlaqə Arxiv
news Image
2012.09.26
17:48
| A A A
İran Azərbaycan rayonlarında dini təsir niyyətlərindən əl çəkmir

Modern inkişaf yolu və Qərbə intqeqrasiya kursu seçən Azərbaycanda əsl dindarlar kimi islam qaydalarına riayət etmək baxımından ölkənin cənub regionlarında olan insanlar digərlərindlən fərqlənir. Bu, iki səbəblə əlaqələndirilir. Həmin səbəblərdən biri Sovetlər İttifaqının çöküşü ilə dini azadlığın bərqərar olmasıdır. Digər və daha çox paya malik önəmli səbəb qonşuluqda İran İslam Respublikasının yerləşməsidir. Son 20 ilin tarixi göstərir ki, İran davamlı şəkildə Azərbaycanda dini təsirlərini artırmağa çalışır və sırada ölkənin cənub rayonları ilk planda gəlir. Burada bir sıra amillər İranın qeyd olunan iddilarının davam etməsinə ciddi təsir göstərir.

İlk növbədə, İran Azərbaycan Respublikasının cənub qonşusudur. İki ölkə sərhədlərinin ümumi uzunluğu 618 kilometrdir. Bu iki ölkə həm də Xəzər dənizində birgə sərhədlərə malikdir. Hər iki ölkə qarşılıqlı dəyərləri və ortaq bir mədəniyyətin bəzi elementlərini bölüşürlər. Azərbaycan İrandan sonra dünyanın ikinci ən böyük şiə əhalisinə malik ölkəsidir. Bu amil isə İran üçün çox vacibdir. Çünki Azərbaycana dini təsir göstərmək səylərində İran bu amildən istifadə etməyə çalışır. Aydındır ki, İran hökuməti Azərbaycan ilə bağlı siyasətində din amilini xüsusi qabardır. Bu rejim teokratik xarakterindən irəli gəlir.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan dünyanın ikinci ən böyük şiə dövlətidir. İran strateqlərinə görə, şiəlik Azərbaycan üzərində İran təsirinin əsaslarının yaradılması üçün önəmlidir və burada digər amillər (ortaq tarix, bəzi ümumi mədəni dəyərlər və s.) də çox mühüm rol oynayır. İran-Azərbaycan əlaqələri bu ölkələrin İslam Əməkdaşlıq və ECO Təşkilatı kimi müsəlman və regional təşkilatlarda da özün göstərir. Lakin son 20 ilin təhlili iki ölkə arrasında birbaşa əlaqələrin tarixi qonşuluq və eyni din kimi müsbət amillərin sıx əlaqələr yaratmaq üçün kifayət olmadığını göstərir. Azərbaycan və İran arasında mövcud münasibətlərin təsir edən digər mühüm amillər də mövcuddur. Azərbaycanın Türkiyə, ABŞ, NATO və İsraillə əlaqələrini inkişaf etjirməsi İran və Azərbaycan arasında münasibətlərə təsirsiz ötüşmür. İran xoşlanmadığı bu və digər belə amillərə görə Azərbaycanda dini təsirlərini gücləndirməyə çalışır. Əlbəttə, bu yolla İran həm də tam Azərbaycanda öz maraqlarını həyata keçirməyə çalışır. İran təsiri 1990-cı illərin əvvəlində özünü qabarıq göstərməyə başlayıb. Bu məqsədlə İran müxtəlif yollardan istifadə edib. İran əsasən dini zəmində əsasında öz səylərini artırmağa çalışıb. Bu halda İranla sərhəd cənub rayonlarında özünü qabarıq büruzə verib. Bu Masallı, Lənkəran, Cəlilabad kimi Azərbaycanın cənub rayonlarında özünü qabarıq göstərib, lakin ötən əsrin son onillyinin ortalarından bu təsirlərin qraşısı əhəmiyyətli dərəcədə alınıb.

İranda bildirilir ki, Azərbaycan müsəlman ölkəsidir ölkədir və bu səbəbdən ölkənin İsrail, ABŞ və digər bu kimi ölkələrlə əməkdaşlıq qurması doğru deyil. Onlara görə biz İsrail, ABŞ ilə əlaqələri qırmaq lazımdır.

İran Azərbaycanın cənub rayonlarına daha çox dini ədəbiyyat göndərməyə çalışır və bu dini ədəbiyyatın bəziləri Azərbaycan qadağandır. Son günlərdə Daxili İşlər Nazirliyi Lənkəranda bəzi qadağan dini ədəbiyyat müsadirə ediblər. Lakin regionda fəaliyyət göstərən bəzi dini mağazalarda hələ də belə dini ədəbiyyatlara rast gəlinir.

İran Qum, Ərdəbil kimi şəhərlərində, hətta Tehranda dini təhsil alan azərbaycanlılara rast gəlmək mümkündür. Bəzən isə belə şəxslərlə İranın xüsusi xidmət orqanları əlaqələr qurmağa çalışırlar.

Üç ay əvvəl Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İranın təsiri altınad fəaliyyət göstərən daşa bir dəstəni ələ keçiriblər. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Mühafizəçiləri Korpusu – SEPAH-la əməkdaşlıq edən dəstə üzvləri ifşa olunub.Nazirliyin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən 22 nəfər tutulub.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları - Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu və qeyriləri İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "İslam İnqilabının Mühafizəçiləri Korpusu" - "SEPAH"ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, "SEPAH"ın əməkdaşlarının tapşırıqları əsasında casusluq edərək, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplamış və vermiş, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları "SEPAH"ın əməkdaşlarının əlaqəsinə təqdim etmişlər.

Müəyyən edilmişdir ki, Niyazi Kərimov hələ 1999-cu ilin yaz aylarında İran İslam Respublikasının Məşhəd şəhərinə səfər edərkən, Tehran şəhərində Əkbər Pakraveş adlı şəxslə tanış olmuşdur. Səfər müddəti ərzində, dini həmrəylik təəssübkeşi kimi pərdələnən, əslində isə İran İslam Respublikasının "İslam İnqilabının Mühafizəçiləri Korpusu"- "SEPAH"ın əməkdaşı olan Əkbər Pakraveş ilə Niyazi Kərimov arasında münasibətlər daha da genişlənmişdir. Sonradan Əkbər Pakraveşin təklifi ilə Niyazi Kərimov könüllü surətdə məxfi əməkdaşlığa cəlb olunaraq, İranın xüsusi xidmət orqanının tapşırıqları əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq etməyə başlamışdır. "SEPAH"ın əməkdaşı Əkbər Pakraveş Niyazi Kərimova Bakı şəhərində fəaliyyət göstərən ABŞ, İsrail və Qərb dövlətlərinin səfirlikləri, nümayəndəlikləri və təşkilatlarının əməkdaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsi məqsədilə xüsusi hərbi təlimlərə cəlb olunmaları üçün Azərbaycan Respublikasının vətəndaşları sırasından münasib şəxsləri taparaq "SEPAH"ın əlaqəsinə verməsini təklif etmiş və bu işlərin müqabilində ona külli miqdarda pul vəd etmişdir. Niyazi Kərimov da bu təkliflə razılaşmışdır.

Bundan sonra, yəni 1999-cu ildən etibarən 2011-ci ilədək Niyazi Kərimov dəfələrlə İrana gedərək orada məxfi əməkdaşlıq etdiyi "SEPAH"ın Əkbər Pakraveş və Vəhid adlı əməkdaşları ilə görüşüb onlardan müvafiq təlimatlar və külli miqdarda pul almışdır. Həmin təlimat və tapşırıqlara əsasən, Azərbaycan Respublikasının vətəndaşları - Elman Tağıyevi, Məmmədtağı Zəkiyevi, Mübariz Əliyevi, Nüsrət Cəlilovu, Rahim Qasımovu, Bəhram Həşimovi, Ayaz Abbasovu, Əfqan Abbasovu, Şahin Məmmədovu, Mirələsgər Ağayevi, Rövşən Zülfüqarovu, Həmidağa Ələkbərovu, Seymur Qasımovu, Taleh Rəsulovu, Ceyhun Həbibovu və qeyrilərini "SEPAH"ın Əkbər Pakraveş və Vəhid adlı əməkdaşlarının əlaqəsinə vermişdir. Bununla yanaşı, Niyazi Kərimov Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ABŞ, İsrail və Qərb dövlətlərinin səfirlikləri, nümayəndəlikləri və təşkilatlarına, eləcə də vətəndaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsinə hazırlıq üzrə, həmçinin Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinin zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılaraq "SEPAH"ın Əkbər Pakraveş və Vəhid adlı əməkdaşlarına verilməsini də təşkil etmişdir.

Məlum olmuşdur ki, "SEPAH"ın Əkbər Pakraveş və Vəhid adlı əməkdaşları dini həmrəylik pərdəsi ilə öz məqsədləri üçün adları qeyd olunan Azərbaycan Respublikası vətəndaşlarının bütün səfər xərclərini ödəyərək, onların müxtəlif niyyətlərlə, əsasən ziyarət adı altında İrana gəlmələrini təşkil etmişlər. Sonra onları qarşılayaraq Tehran şəhərində məxfi görüş mənzillərində yerləşdirmişlər. "SEPAH"ın əməkdaşları Əkbər Pakraveş və Vəhid 4-5 gün ərzində adları qeyd olunan Azərbaycan vətəndaşları ilə ayrı-ayrılıqda söhbət edərək, Azərbaycan Respublikasının ərazisində ABŞ, İsrail və Qərb dövlətlərinin səfirlikləri, nümayəndəlikləri və təşkilatlarına qarşı gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan terror-təxribat aksiyalarına onları da cəlb edəcəklərini açıqlamışlar. Bu məqsədlə onlara Tehran şəhəri ətrafında yerləşən düşərgələrdə xüsusi hərbi təlimlər keçiriləcəyini bildirmişlər. Sonradan adları qeyd olunan Azərbaycan Respublikasının vətəndaşları Tehran və Kərəc şəhərlərinin yaxınlığında yerləşən hərbi düşərgələrdə peşəkar təlimatcıların rəhbərliyi altında müxtəlif odlu, o cümlədən avtomat silahlardan, tapançalardan atəş açmağı, partlayıcı maddələrdən və qurğulardan, topoqrafik xəritələrdən istifadə edilməsi üzrə nəzəri və praktiki xüsusi hərbi təlimlər keçmiş, eləcə də piyada və avtomaşınla məxfi müşahidələr aparmaq, məxfi müşahidələrdən yayınmaq və mühafizə olunan qapalı tikililərə gizli surətdə daxil olmaq kimi vərdişlərə yiyələnmişlər. Təlimlər başa çatdıqdan sonra "SEPAH"ın əməkdaşları həmin Azərbaycan vətəndaşlarından məxfi əməkdaşlıq barədə iltizam almış və hər birinə təxəllüs vermişlər. Habelə onlara Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etmək üçün lazım olan məlumatları toplayıb çatdırmaları, kömək edə biləcək digər, o cümlədən Gürcüstan vətəndaşları sırasından olan şəxsləri axtarıb tapmaqla əlaqələrinə vermələrini tapşırmışlar. Eyni zamanda, "SEPAH"ın əməkdaşları Əkbər Pakraveş və Vəhid həmin Azərbaycan Respublikası vətəndaşlarının hər birinə Niyazi Kərimov, Elman Tağıyev, Mübariz Əliyev və digərləri vasitəsilə aylıq məvacib veriləcəyini vəd etmiş və Azərbaycana qayıdıb onların göstərişlərini gözləmələrini tapşırmışlar. Bundan sonra, Əkbər Pakraveş və Vəhid məxfi əməkdaşlığa cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşlarını ayrı-ayrılıqda İranın Astara və Tehran şəhərlərindən Azərbaycana yola salarkən kəşfiyyat-pozuculuq və terror-təxribat aksiyalarının həyata keçirilməsi barədə bir daha təlimatlandırmış və onlara külli miqdarda ABŞ dolları vermişlər.

Həmçinin, "SEPAH"ın əməkdaşları əlaqəyə cəlb edilmiş şəxslərin onların tapşırığı ilə mütəmadi İrana səfər etmələrinin Azərbaycanın xüsusi xidmət orqanı tərəfindən şübhə doğurmaması üçün həmin Azərbaycan Respublikası vətəndaşlarının bəziləri ilə üçüncü dövlətlərin ərazisində, o cümlədən Suriya Ərəb Respublikasının Dəməşq və Rusiya Federasiyasının Moskva şəhərlərində görüşmüş və təlimatlar vermişlər.

Müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanından aylıq məvacib formasında gizli şəkildə maliyyələşdirilən adları qeyd olunan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən tapşırıqların lazımi səviyyədə həyata keçirilməsini, konspirasiya qaydalarına ciddi əməl olunmasını və məxfiçilik tədbirlərinin görülməsini təşkil etmək məqsədilə "SEPAH"ın əməkdaşlarının xüsusi planlarına əsasən, hələ 1999-cu ilin əvvəllərində məxfi əməkdaşlığa cəlb olunmuş əsas şəxslər özləri ayrı-ayrılıqda digər Azərbaycan Respublikasının vətəndaşlarının məxfi əməkdaşlığa cəlb olunmaları üçün onları İran xüsusi xidmət orqanının Əkbər Pakraveş və Vəhid adlı əməkdaşlarının əlaqəsinə vermişlər. Belə ki, Niyazi Kərimovun tapşırığı ilə İrana gedərək Tehran şəhərində "SEPAH"ın əməkdaşı Əkbər Pakraveş tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş, xüsusi hərbi təlim keçmiş Mübariz Əliyev öz növbəsində aldığı təlimatlara əsasən 2000-2011-ci illər ərzində Bəhram Həşimovu, Ayaz Abbasovu, Əfqan Abbasovu, Mirələsgər Ağayevi, Rövşən Zülfiqarovu, Şahin Məmmədovu, Seymur Qasımovu, Ceyhun Həbibovu və qeyrilərini Əkbər Pakraveş və Vəhidin əlaqəsinə vermişdir. İranda məxfi əməkdaşlığa cəlb olunmuş, xüsusi hərbi təlim keçmiş Elman Tağıyev tərəfindən isə 2000-2007-ci illərdə Nüsrət Cəlilov, Taleh Rəsulov, Həmidağa Ələkbərov, Rahim Qasımov, Elçin Kərimov, Zahid Məmmədov və digərləri Əkbər Pakraveş və Vəhidin əlaqəsinə verilmişdir. Beləliklə, bu cür metoddan istifadə etməklə, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "İslam İnqilabının Mühafizəçiləri Korpusu" - "SEPAH"ın əməkdaşları qeyri-səmimi dini həmrəylik şüarları ilə pərdələnərək, məxfi əməkdaşlığa cəlb etdikləri, onların bütün əmrlərinə hər an hazır olan, külli miqdarda pul vəsaiti ilə təmin edilən, hərbi təlim keçmiş Azərbaycan Respublikasının vətəndaşlarından ibarət Azərbaycanın dövlət təhlükəsizliyi əleyhinə xüsusi kontingentin yaradılması və genişləndirilməsi məqsədini güdmüşlər.

Bu illər ərzində "SEPAH"ın əməkdaşları Əkbər Pakraveş və Vəhid tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşları texniki avadanlıqlar və nəqliyyat vasitələri ilə təchiz edilərək aldıqları tapşırıqların icrası ilə bağlı xarici dövlətlərin Bakı şəhərindəki səfirliklərinin, nümayəndəliklərinin, təşkilatlarının, iqtisadi sahədə fəaliyyət göstərən şirkətlərinin, o cümlədən "Soxnut" adlı qurumun və bir neçə təhsil müəssisəsinin, "American Fast-food" restoranının, "BP-Azərbaycan" neft şirkətinin baş ofisinin və digər obyektlərin dəqiq ünvanlarını, yerləşləşmə proyeksiyalarını müəyyənləşdirərək müşahidələrini aparmış, burada işləyən şəxslər barədə bilgilər toplamış və əldə etdikləri məlumatları İranda Əkbər Pakraveş və Vəhidə çatdırmışlar.

Həmçinin məlum olmuşdur ki, "SEPAH"ın əməkdaşları Əkbər Pakraveş və Vəhid xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirliklərinin, nümayəndəliklərinin, təşkilatlarının və iqtisadi sahədə fəaliyyət göstərən müəssisələrinin əməkdaşlarına qarşı terror-təxribat aksiyalarının həyata keçirilməsi üçün silah alınmasını, eləcə də gələcəkdə göndəriləcək silah və sursatın gizlədilməsi məqsədilə gizli saxlanc yerlərinin hazırlanmasını da tapşırmışlar. Bu məqsədlə Elman Tağıyev bəzi gizli saxlanc yerləri müəyyənləşdirərək, fotoşəkillərini "SEPAH"ın əməkdaşlarına təqdim etmiş, onlarla razılaşdırmışdır. Bundan sonra, Elman Tağıyev Bakı şəhəri, Sabuncu rayonu, Nardaran qəsəbəsinin sakinləri - Zəkiyev Əbülfəz Əlikram oğlu vasitəsilə Bəşirov Əli Əli İsa oğlundan 1 ədəd "AK-74" tipli avtomat silah, həmin silaha aid 2 ədəd daraq və 157 ədəd patron almışdır. Eyni zamanda, məlum olmuşdur ki, qeyd edilən avtomat silahı, daraqları və patronları Əli Bəşirova həmin qəsəbənin sakini Nuriyev Gülhüseyn Əhmədağa oğlu satmışdır. Əməliyyat-istintaq tədbirləri nəticəsində Əli Bəşirov, Əbülfəz Zəkiyev və Gülhüseyn Nuriyev də saxlanılmışlar. Axtarış zamanı Əbülfəz Zəkiyevin evindən 1 ədəd "TOZ-8" tipli odlu silah və ona aid patron, Həmidağa Ələkbərovun evindən 1 ədəd avtomat tipli odlu silah və ona aid 1 ədəd daraq, 5 ədəd patron, 1 ədəd "F1", 1 ədəd "RQD" tipli əl qumbaraları, onlara aid 1 ədəd alışdırıcı, eləcə də tüstü və siqnal şaşkaları, Elman Tağıyevdən 1 ədəd "AK-74" tipli avtomat silah, həmin silaha aid 2 ədəd daraq və 157 ədəd patron və sonuncuya məxsus fermadan 1 ədəd "SVD" tipli snayper tüfəngi, 40 ədəd patron, 1 ədəd "PM" markalı tapança, 4 ədəd "F1" əl qumbarası, 4 ədəd alışqan, 3 ədəd 200 qramlıq və 2 ədəd 400 qramlıq trotil şaşka, 5 ədəd detonator aşkar edilərək götürülmüşdür. Bundan başqa, müəyyən edilmişdir ki, Əli Bəşirov yaxın qohumu Fərəcov Asif Fərəc oğluna da "AK-74" tipli avtomat silahın komponent hissəsi olan 1 ədəd daraq və ona aid 45 ədəd patron vermişdir. 2012-ci il martın 13-də keçirilmiş axtarış tədbirləri nəticəsində Asif Fərəcovun evindən Əli Bəşirovdan əldə etdiyi həmin daraq və patronlarla yanaşı, əlavə olaraq 1 ədəd "AK-74" tipli avtomat silah, 1 ədəd "PM" markalı tapança, ona aid 1 ədəd daraq və 15 ədəd patron, "TOZ-8" tipli odlu silaha aid 90 ədəd patron, 1 ədəd pnevmatik tüfəng, 1 ədəd xəncər, eləcə də 100 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.

Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Kərimov Niyazi Əlövsət oğlu, Əliyev Mübariz İsmayıl oğlu, Tağıyev Elman Ramiz oğlu, Cəlilov Nüsrət Aydın oğlu, Qasımov Rahim Müseyib oğlu, Zəkiyev Məmmədtağı Əlikram oğlu, Həşimov Bəhram Nazim oğlu, Abbasov Ayaz Fərədağa oğlu, Abbasov Əfqan Fərid oğlu, Məmmədov Şahin Həsənağa oğlu, Ağayev Mirələsgər Mirqasım oğlu, Zülfüqarov Rövşən Abdulbağı oğlu, Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Seymur Səxavət oğlu, Rəsulov Taleh Əliyusif oğlu, Həbibov Ceyhun Valeh oğlu, Kərimov Elçin Ələsgər oğlu, Məmmədov Zahid Gülbudağ oğlu, Zəkiyev Əbülfəz Əlikram oğlu, Bəşirov Əli Əli İsa oğlu, Nuriyev Gülhüseyn Əhmədağa oğlu və Fərəcov Asif Fərəc oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

İran ilahiyyatı öyrənmək istəyən tələbələr sponsorluq edir. Bu tendensiyalar Azərbaycanın yeni müstəqilliyinin ilk illərində artmışdı. Tehran bu məqsədlə milyonlarla dollar xərcləyirdi. Lakin İranın bu cəhdlərinin də qarşısı alındı. Tehran cəhdləri Azərbaycanda uğursuzluğa düəar oldu.

Həmçinin İran Azərbaycandan gələn gənclərə əvvəlki kimi dini thəsil verir. Bu sırda Qumm şəhəri seçilir. Qum Azərbaycanda, onun cənub rayonlarında da çox məşhur şəhəridir. Amma qədimliyi və turizm baxımından yox. Qum şəhəri dünyada Şiələr üçün ən böyük mərkəz və həcc əhəmiyyətli bir yerdir. İran missionerləri dünyada gənclərin burada dini təhsil almaq çox böyük rol oynayır. Bu missionerlərin əksəriyyəti əvvəl Qumda təhsil alan insanlardır. Onlar hesab edir ki, İslamı öyrənmək üçün ən yaxşı məktəblər İranda yerləşir. Qumun İslamdan öncəki siması dəqiq açıqlanmır. Belə görünür ki, Qum İslamdan öncə çoxsaylı qalalar şəklində olub. Onların əhalilərindən bəziləri zərdüşti, bəziləri isə yəhudi olublar. Belə xatırlanır ki, Qum əslən Yəmən ərəblərindən və şiə məzhəbli əşərilər tərəfindən şəhərləşdirilib. Buna görə də tarixçilər əşəriləri Qumun iftixarlarından sayırlar. Qumun şəhərə çevrilməsi şiəlik və peyğəmbər ailəsinin vilayəti ilə şərtlənib. Kərbəla və Nəcəf ilə yanaşı, Qumda çox məhşurdur. Həzrət Məsumə (ə) adıyla məşhur olan Fatimeyi Kubra Qum şəhərində dəfn olunmuşdur. Onun orada çox möhtəşəm bir məqbərəsi var ki, hər gün minlərcə Əhli-beyt (ə) aşiqləri dünyanın müxtəlif ölkələrindən ziyarət üçün bu məkana gəlirlər.

"Qum" sözü "kumə" sözündəndir. Bu məntəqə şəhər şəklinə düşməzdən əvvəl su dolu çökəklər şəklində olub. Çobanlar qoyunlara su vermək üçün buraya gəlmiş, çökəklərin ətrafındakı yaşıllıqlarda qoyunları otarmışlar. Çobanlar burada uzun müddət qaldıqlarından farsların "kumə" adlandırdıqları yaşayış yerləri tikmişlər. Kumələr zaman keçdikcə artmış və burada kənd yaranmışdır. Kəndin ərazisi genişlənmiş şəhər həddinə çatmışdır. Həmin kumələrə xatir bu məntəqə "Kum" adlandırılmışdır. İslamın zühurundan sonra ərəb dili yerli dilə təsir etmiş və bir sıra fars sözləri öz formasını dəyişmişdir. Beləcə, "Kum" "Qum" şəklinə düşmüşdür. Bəziləri bildirirlər ki, Qum ətrafında sulu çay, dəryaça, çökəklik çox olduğundan ərəblər bu yeri "Qumqumə" adlandırıblar. Sonradan şəkilçilər düşmüş və həmin ad "Qum" şəklini almışdır. Rəvayətlərdə Qum müxtəlif şəkillərdə təriflənir. Qumdan behiştə doğru üç qapı açılması ilə bağlı İmam Riza (ə) buyurur: "Behiştin səkkiz qapısı var - onlardan üçü Qum əhli üçündür. Xoş onların halına...". Çox ehtimal ki, behiştin bu üç qapısı Qumun üç imtiyazı ilə bağlıdır: 1. Xanım Məsumənin (ə) hərəminin Qumda olması: bu səciyyə insanların behiştə sövq edilməsi səbəbidir; 2. İnsanların hidayət səbəbi olan Qum elmi hövzəsi; 3. Cəmkəran məcsidi, Məkkə və Kufədən sonra bu şəhərin İmam Mehdi (ə) ilə bağlı mərkəz kimi tanınması. İmam Mehdi (əs) müqəddəs Cəmkəran məscidində insanları səadətə, Allahın razılığı və behiştə çatdıracaq vasitələr hazırlayar. Onun mənəvi təsirləri bu gün də göz qabağındadır. İmam Sadiq (ə) buyurur: "Qum bizim və bizim şiələrimizin şəhəridir. Bu şəhər müqəddəs və pak şəhərdir.Bu şəhərin əhli bizim vilayətimizi və bizimlə dostluğu qəbul etmişdir. Nə qədər xəyanət etməyiblər onlara pislik etmək istəyən cəzasına çatar. Xəyanət etsələr, Allah zalım bir şəxsi onlara hakim edər. Onlar bizim qaim imam Mehdinin (ə) yardımçıları, bizim haqqımızı tələb edənlərdir. " Sonra həzrət üzünü səmaya tutub dua etdi: "Pərvərdigara, Qum əhlini bütün fitnələrdən qoru, onları bütün fəlakətlərdən xilas et.". Həzrət Əbdül-əzim Həsəni, İshaq ibn Nasehdən nəql edir ki, İmam Kazim (ə) Qum haqqında buyurub: "Qum Ali-Məhəmməd yuvası, onların şiələrinin sığınacağıdır."

Əsasən kollec şəhər olan Qumda gənclər dini təhsil alırlar, axşamlar isə onları "fast food" restornalarında və internet kafelərdə görmək olar. Prezident Mahmud Əhmədinejad üçün də bu şəhər önəmli inzibati ərazi vahidlərindəndir. Burada onun ruhanilərin müxtəlif siyasi debatları olur. Onlardan biri olan ruhani Həzrəti Ayətullah Tehran üçün də sərt tənqidlər səsləndirir. Eyni zamanda, Qum ruhaniləri İranda siyasi hakimiyyətə dəstək verir və bu məsələdə bəzən onların mövqeləri haçalanır.

Real vəziyyət isə həm də onu göstərir ki, İran qonşu ölkələrdə, o cümlədən Azərbaycanda dini təsirini gücləndirilməyə çalışır və İrannı bu istəyüinin qraşısı uğurla lanırıö Lakin belə vəziyyət həm də Azərbaycan və İran arasında ziddiyyət yaradır.

Sizin Reklam Yeriniz