Əlaqə Arxiv
news Image
2015.08.19
12:10
| A A A
Boş qalan yerlərə ixtisas seçimi üçün son gün!

Bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatır.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Movqe.az-a verilən xəbərə görə, proses bu gün saat 00.00-da başa çatacaq.

18 avqust saat 17.00-a olan məlumata görə 14 812 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.


Sizin Reklam Yeriniz