Bakıya yeni sürət qatarı gətirilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin Minskin “Stadler” zavodundan aldığı 5 sürət qatarından üçüncüsü Bakıya gətirilib.
Movqe.az xəbər verir ki, bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
O bildirib ki, bu qatarlar Bakı-Sumqayıt xətti üzrə sərnişin daşıması üçün nəzərdə tutulub:
"Bundan başqa Keşlə-Yalama xətti üçün Riqadan alınan 5 elektrik qatarından 3-ü artıq Bakıdadır".