Əlaqə Arxiv
news Image
2015.08.20
17:05
| A A A
Azərbaycanda 25 603 nəfər xarici çalışır
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan İran vətəndaşlarının sayı 944 nəfər olub.

Dövlət Sosial Müdafiə Fondundan Movqe.az-a verilən məlumata görə, ümumilikdə 109 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 091 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 814 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 512 nəfərə çatıb. Bundan başqa, əlavə edək ki, iyul ayı ərzində əlavə olaraq 584 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 25 603 nəfərə yüksəlib.


Sizin Reklam Yeriniz