Nazirlər Kabineti Maliyyə-İqtisad Kollecinin, Bakı Texniki Kollecinin, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin adlarının dəyişdirilməsi və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında qərar verib. Movqe.az-ın məlumatına görə, qərara əsasən Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Texniki Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlandırılıb. Bununla əlaqədar "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsində də müvafiq dəyişiklik edilib.