Əlaqə Arxiv
news Image
2015.08.22
18:50
| A A A
Təhsil Nazirliyində yeni layihəyə başlandı

Təhsil Nazirliyində "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" pilot layihəsi çərçivəsində təlimlər başlayıb. Nazirlikdən Movqe.az-a verilən məlumata əsasən layihənin icraçıları üçün təşkil olunan təlimlər alman mütəxəssisləri tərəfindən keçirilir.


Layihə Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə 2014-2015-ci illərə dair İllik Fəaliyyət Planına uyğun olaraq reallaşdırılır. Layihə ilə bağlı beynəlxalq məsləhətçi xidməti BMT-nin Uşaq Fondu UNİCEF tərəfindən təmin olunur.


Qeyd edək ki, "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" pilot layihəsi ilk olaraq 2015-2016-cı tədris ilində Bakı şəhərində yerləşən 220 və 138 nömrəli məktəblərdən seçilmiş 4 birinci sinifdə həyata keçiriləcək.


Sizin Reklam Yeriniz