Əlaqə Arxiv
news Image
2015.08.24
11:15
| A A A
Azərbaycanda yeni külək elektrik stansiyası yoxlanılır

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) "Yeni Yaşma" eletrik stansiyasında yoxlanış işləri aparır. Bu barədə Movqe.az-a agentliyin mətbuat xidməti xəbər verib.


Mətbuat xidmətindən stansiyanın yaxın zamanda bütün gücü ilə işləyəcəyi bildirilib: "Hal-hazırda stansiyanın 20 turbinindən 18-i yoxlanılır. İşlər başa çatdıqdan və turbinlər sistemə qoşulduqdan sonra stansiya bütün gücü ilə işləyəcək."


"Yeni Yaşma" külək elektrik stansiyası 50 meqavat istehsal gücünə malikdir və Xızı rayonunda yerləşir.


İlkin araşdırmalara görə, yaxın 5il ərzində Azərbaycanda 100-ə qədər bu tipli stansiyanın qurulması planlaşdırılır.


Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) 2013-cü ilin fevral ayında yaradılıb.


Sizin Reklam Yeriniz