Əlaqə Arxiv
news Image
2015.08.24
14:30
| A A A
Mingəçevir hadisələrinə görə sabiq polis baş leytenantı 4 ay müddətinə həbs edilib

Mingəçevir hadisələrinə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə iki maddə üzrə təqsirli bilinir.


Movqe.az-ın əldə etdiyi məlumata görə, Ş.Şahlarzadə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.


Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır.


Sizin Reklam Yeriniz