Ləğv edilən yarmarkalar yenidən açılacaq
"Bakı şəhəri ərazisində ləğv edilən yarmarkalar yenidən təşkil ediləcək".
Movqe.az xəbər verir ki, bunu bizimyol.info saytına Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
O bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir:
"Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə ünvanların dəqiqləşdirilməsi prosesi gedir. Ünvanlar dəqiqləşdikdən sonra yarmarkalar fəaliyyətə başlayacaq və vətəndaşlara bu barədə əlavə məlumat veriləcək".