“Müalicə etməyə taqətim qalmayıb“ - Hacı Nuran
Almaniyada müalicə alan teleaparıcı Hacı Nuran səhhəti ilə bağlı sosial şəbəkədə məlumat paylaşıb. Movqe.az xəbər verir ki,H. Nuran xəstəliyinin hər gün şiddətləndiyini bildirib:
"Neçə gündür özümü çox pis hiss edirəm, gecə-gündüz həkimlər başımın üstündə, xəstəlik günbəgün irəliləyir, halım çox dəyişib. Müalicə etməyə və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım".
Aparıcı onu ziyarət edən dostlarına xüsusi təşəkkür edib.