Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və "İrəli" İctimai Birliyinin dəstəyi ilə "Yaşıl diyar" layihəsi həyata keçirilmişdir.
Son zamanlarda uğurla həyata keçirilən "Azərbaycan Gənclər Siyasəti"nin bir istiqaməti də gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik habelə ətraf mühitin təmizliyinə riayət olunması və yaşıllığın qorunması prinsiplərinin təbliğ olunması və onların maksimum dərəcədə qaldırılmasıdır. Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bundan irəli gələrək "Yaşıl diyar" layihəsini çərçivəsində Azərbaycan respublikasının Şəmkir və Goranboy rayonlarında ekoloji maarifləndirmə apararaq "Ekologiya nədir?", "Tullantıların idarə edilməsi", "Ekoloji təhsil – Eko Fərd" və "Ətraf mühit və İnsan" mövzularında təlimlər keçirilmişdir. Layihə çərçivəsində Şəmkir rayonunda keçirilməsi nəzərdə tutulan təlimlər artıq yekunlaşmış, praktiki-təlim sessiyalarında aktiv iştirak edən gənclər Şəhadətnamə ilə təltif olunmuşdur.
Ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Layihənin əsas məqsədi gənclərdə təbiətə olan marağının artıraraq, gənclərin ekoloji yöndə bilik və bacarıqlarını inkişafına dəstək olmaqdır.