Əlaqə Arxiv
news Image
2015.08.25
15:20
| A A A
İstintaq Almaniyada azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində yanğının qəsdən törədilməsini araşdırır

Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi faktı ilə bağlı araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır. Bu barədə Movqe.az-a Azərbaycanın Almaniyadakı Səfirliyindən məlumat verilib.


Səfirliyin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, 40 nəfərdən ibarət xüsusi istintaq qrupu məsələnin araşdırılmasını həyata keçirir: "Amma hələ ki, şübhəli şəxs qismində heç kəs aşkar olunmayıb. Hal-hazırda şahidlərin dindirilməsi davam etdirilir".


Qeyd edək ki, avqustun 21-də Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verib. Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi AFR-in hüquq-mühafizə orqanları ilə müntəzəm əlaqə saxlayaraq, hadisənin araşdırılmasını diqqətdə saxlayır.

Sizin Reklam Yeriniz