Əlaqə Arxiv
news Image
2012.10.03
16:47
| A A A
Yoldaşının namazından təsirlənib müsəlman oldu

Movqe.az xəbər verir ki, Alman vətəndaşı Nicole Stephanie həyat yoldaşının namaz qılmasından təsirlənərək müsəlman olub. Nicole Stephanie Osmaniyyəli Murtaza Turşucu ilə 2004-ci ildə Almaniyanın Freiburg şəhərində tanış olub evləniblər.

Evləndikdən sonra yoldaşının namaz qılmasından, Almaniyada yaşayan müsəlman qonşularından və İslamla əlaqədar oxuduğu kitablardan təsirləndiyini deyən Stephanie öz istəyi ilə İslam dinini qəbul etdiyini, bununla əlaqədar yoldaşından heç bir təzyiq görmədiyini dilə gətirib.

Osmaniyyə Müftisinin vəkili Abdulhəmid Öveç çox xoşbəxt olduğunu deyərək bunları qeyd edib: '' İndi tərtəmiz, yenidən doğulmuş kimi qibtə ediləcək bir insansınız. İslam dinini qəbul etdiyiniz andan etibarən, keçmiş günahlarınızı Allah bağışladı, uca Peyğəmbərimiz Hz. Məhəmməd müjdələdi. (Bilin ki, insanların yanılaraq edəcəyi günahları, ancaq Allah bağışlayar.) Bunun üçün ona yalvararaq tövbə və əfv dilenir. O qullarına çox yaxındır. Dualarınızı, tövbelerinizi qəbul edər.''

Nicole Stephanie Müfti Vəkili Öveç və digər şahidlərin hüzurunda "Kəlimə-i Şahadət" gətirərək müsəlman olub. Müfti Vəkili Öveç Nicole Stephaniə İslam elmihalı və Azərbaycan meallı Quran-ı Kərim hədiyyə edib.

Sizin Reklam Yeriniz