Əlaqə Arxiv
news Image
2015.08.26
12:55
| A A A
Zakir Qaralov vətəndaşları qəbul edəcək

Qəbul Qəbələ rayon prokurorluğunun inzibati binasında keçiriləcək

Azərbaycanın baş prokuroru Zakir Qaralov sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Movqe.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin - 437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Sizin Reklam Yeriniz